Məktəblilərin payız tətili başlayıb

Bu gündən 2017-2018-ci dərs ilinin ilk - payız tətili başlayıb. "Report"un məlumatına görə, tətil 16-20 noyabr tarixlərini əhatə edəcək
Belə ki, 5 günlük payız tətilindən sonra məktəblilər noyabrın 21-də dərsə gedəcəklər. Qeyd edək ki, bu tədris ilində şagirdlər üçün payız tətili ilə yanaşı, 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Həmçinin Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.pia.az