Azərbaycandakı zəlzələ Gürcüstanda hiss olundu

Azərbaycanda baş vermiş zəlzələ Gürcüstanda hiss olunub. Gürcüstan-Azərbaycan sərhədində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb
APA-nın Gürcüstan bürosunun İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 5,9  bal olub. Zəlzələ Gürcüstan sərhədindən 171 kilometr aralıda, 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda da hiss olunub.pia.az