Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək

Rusiya Dövlət Dumasının sədri Vladimir Volodin dekabrın 23-də Azərbaycana gələcək
Bu barədə “Report” diplomatik mənbələrə istinadən xəbər yayıb.Mənbənin məlumatına görə, dekabrın 22-də Dövlət Duması builki son iclasını keçirəcək, növbəti gün spiker V.Volodinin başçılıq etdiyi rusiyalı parlamentarilərdən ibarət böyük nümayəndə heyəti Bakıya gələcək.Səfər çərçivəsində Dumanın Müstəqil Dövlətlər Birliyi (MDB) və Beynəlxalq məsələlər üzrə komitələrinin Milli Məclisin müvafiq komitələri ilə birgə iclaslarının keçiriləcəyi gözlənilir.Bununla yanaşı, Dövlət Duması sədrinin Azərbaycan Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri planlaşdırılır.pia.az