CBC TV-yə yeni baş direktor təyin edildi

CBC telekanalına yeni baş direktor təyin edilib
APA-nın xəbərinə görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media” İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.pia.az