“Vatsap”da daha bir yenilik

Yeni xüsusiyyətlər əlavə olunacaq
Vatsap proqramı ilə bağlı yenilikləri yaxından izləyən “WABetaInfo” saytı proqrama yeni xüsusiyyətlərin əlavə olunacağını elan edib.Məumata görə, Vatsap qruplarında səsli zəng funksiyası işə salınacaq. Ancaq yeni tətbiq gələn il istifadəyə veriləcək.Eyni zamanda, hələ ki, “iOS”, “Android”, “Windows Phone”, “BlackBerry”də işləyən Vatsap artıq “iPad” və “iPod” tipli texnoloji vasitələrə də tətbiq ediləcək. Bu texnologiyalarda Vatsapa masa üzərindən daxil olunacaq. Proqram brauzer versiyasına bənzər bir görünüşdə olacaq və bildirişlərə “iPhone”dakı kimi daxil olunacaq/Publika.az.pia.az