Dördqat dünya çempionları mundialdan kənarda qaldılar

Futbol üzrə DÇ-2018-in pley-off mərhələsi çərçivəsində İtaliya və İsveç yığmaları arasında cavab qarşılaşması keçirilib
Virtualaz.org bildirir ki, “San-Siro” stadionunda keçirilən matç 0:0 hesabı ilə başa çatıb.İsveçdə keçirilən ilk qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.Beləliklə, iki oyunun nəticəsinə əsasən İsveç yığması 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.İtaliya millisi isə son 60 ildə ilk dəfə mundialdan kənarda qalıb. Sonuncu dəfə Apennin təmsilçisi 1958-ci ildə dünya çempionatından kənarda qalmışdı.pia.az