“Real” Beyli transferə çıxarır

“Real” mövsümün sonunda futbolçusu Qaret Beyllə vidalaşmaq qərarına gəlib
Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “AS” nəşri xəbər yayıb.Madrid klubunun uelsi futbolçunu transferə çıxaracağı bildirilir. Beylin tez-tez zədələnərək komandaya fayda verə bilməməsi klub rəhbərliyini narahat edir. 2013-cü idlən “Real”dan çıxış edən yarımmüdafiəçi indiyədək 19 dəfə zədələnib. Buna görə də o, “Real”ın demək olar ki, oyunlarının yarısında iştirak etməyib.Artıq “Real”ın Beylə əvəzləyici axtardığı da bildirilir.Qeyd edək ki, Beylin “Real”la 2022-ci ilə qədər müqaviləsi var. Onunla “Mançester Yunayted”in yaxından maraqlandığı iddia edilir.pia.az