Bərdədə “Mercedes”lə “Niva” toqquşub, xəsarət alan var

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib
“Report”un yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, prospektdə “Mercedes” markalı avtomobillə “Niva” markalı maşın toqquşub.Qəza nəticəsində “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı araşdırma aparılır.pia.az