25 ədəd “iPhone X”la evlilik təklifi etdi

Çinin Şençjen şəhərindən olan Çen Min adlı gənc 25 ədəd “iPhone X” ilə sevgilisinə evlilik təklifi edib
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Çen dostlarını köməyi ilə 25 ədəd “iPhone” alıb və onları ürək şəklində düzüb. Ürəyin ortasına isə üzk yerləşdirən Min sevgilisi Linin qarşısında diz çökərək ona təklifini edib. Çenin bu jesti qarşısında duyğulanan Li ona ərə getməyə razılıq verib. Cütlük daha sonra 25 ədəd “iPhone X”in iki nəfər üçün çox olduğunu düşünərək, telefonları sürprizin hazırlanmasında köməyi olan dostlarına bağışlayıblar. Qeyd edək ki, Çində “iPhone”nun yeni modelinin qiyməti 8388 yuandan başlayır.pia.az