“Başlayırlar adamın şəxsi həyatına, cibinə girməyə” - Mətanət

“Mən aparıcı kimi daha çox tanınıram. 22 ildir aparıcılıq etmişəm, 4 ildir aktrisa kimi çalışrıam. Məşhurluğun sirri sadəlikdir”
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “ATV kulis” verilişində deyib.Aparıcı bildirib ki, heç vaxt rəfiqəsi olmayıb:“Xəbərlə başlayıb, şouyla davam etmişəm. İdmanı da yaxşı apara bilərəm. Hətta havanı da apararam. Mənim üçün “yox” deyəcəyim nəsə yoxdur. Hətta filmlərdə kiçik bir obraz da oynamışam. Məni dəvət edirlərsə, demək orada lazımam. Onun ölçüsünü tərəzidə çəkmirəm. “Qız atası”ndakı obrazım cəmiyyətdə çox sevilir. Nəzakət (serialdakı obrazının adı - red.) nümunəvi bir qadındır. Rayonlara gedəndə hamı deyir səndən nümunə götürmüşük, ərimizi işə sənin kimi yola salırıq. Hamını özümdən uzaq saxlayıram. Çalışıram nadir insanları özümə yaxın buraxım. Kimisə yaxına buraxanda ailənə, mətbəxinə, cibinə də müdaxilə edirlər. Bu yaşa çatmışam rəfiqəm yoxdur. Hər şeyi özüm həll edirəm. Pis olanda da ağlayıram, çətin vəziyyətdə özümlə söhbət edirəm. Hər bir qadın kimi mən də işdən sonra evə gedirəm, uşaqlarıma yemək hazırlayıram, paltar yuyuram, səhər övladımı məktəbə yola salıram. Əlimin içindıki qabarı görsəniz, inanacaqsınız ki, necə çalışıram”.pia.az