Üç nəfərə Prezidentin fərdi təqaüdü təyin olunub

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
 Prezident İlham Əliyev Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, sərəncamla Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstərmiş aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:Bədəlov Aydın Məmməd Səid oğluCəfərov Rafiq Rza oğluHüseynzadə Əbdülhüseyn Məmməd Cəfər oğlu.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.pia.az