Əfqanıstan prezidenti Azərbaycana gələcək

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri dekabrın 1-nə planlaşdırılır
Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.Əfqanıstan prezidentinin "Asiyanın ürəyi - İstanbul prosesi" çərçivəsində 30 noyabr - 1 dekabr tarixlərində Bakıda keçiriləcək VII Nazirlər Şurasında iştirak etmək üçün Azərbaycana gələcəyi planlaşdırılır.Qeyd edək ki, hazırda Azərbaycan bu prosesə sədrlik edir. Qarşıdakı görüşün mövzusu "Asiyanın ürəyi" prosesi regionunun gücləndirilməsi istiqamətində təhlükəsizlik və iqtisadi əlaqələrdir.pia.az