Smartfonların məlum olmayan 7 faydalı funksiyası

Bir çoxları çoxdan düyməli telefonlardan imtina edib və smartfonlara keçib
Lent.az-ın Actualnews.org  saytına istinadən məlumatına görə, ancaq əksəriyyət belə cihazların faydalı funksiyaları barədə məlumatsızdır. Mütəxəssislər cihazların hər kəsə lazım ola biləcək imkanlarından danışıblar. Belə ki, insan öz cihazını tez bir müddətdə enerji ilə doldurmaq istəyirsə, o zaman onu uçuş rejiminə keçirməsi məsləhətdir. Çünki o zaman daha az enerji sərf edilir. Bundan başqa, belə bir addım əlavələrdəki üzən reklamlardan yan keçməyə imkan verəcək. Əgər “Android” cihazlarının sahibləri onu kitab və ya qəzet kimi istifadə edirlərsə, o zaman onu yükləməyə qoymaq lazımdır ki, sonradan istənilən şəraitdə yenidən açmaq imkanı olsun. Smartfona müvafiq əlavəni yükləməklə onu düzlüyün səviyyəsini ölçən cihaz kimi də istifadə etmək mümkündür. “iPhone” sahiblərinin isə daha əlavə üstünlükləri mövcuddur. Onlardan biri də cihazı silkələməklə arzuolunmaz mətni silmək imkanıdır. Bundan başqa, *3370# kodlaşdırılması siqnalın yaxşılaşdırılmasına imkan verəcək. pia.az