Xanım jurnalist redaksiyada bıçaqlanıb

Bu gün Rusiyada naməlum şəxs “Exo Moskvı” radiosunun redaksiyasına gələrək radiounun aparıcısı Tatyana Felqenhaueri bıçaqlayıb
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aparıcı boğaz nahiyəsindən bıçaq yarası alıb. Xəsarət alan şəxs Felqenhauer xəstəxanaya yerləşdirilib və onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törədən şəxs saxlanılıb və polisə təhvil verilib. pia.az