Azərbaycanda yeni meyvə sortu yetişdirildi

Azərbaycanda yeni meyvə sortu yetişdirildi - HALLAVOND
Lənkəranda yeni meyvə sortu yetişdirilib. Lent.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, “Gilan Sitrus” MMC-nin bağlarında yetişdirilən və naringi ilə portağalın calağından əmələ gəlmiş hallavond meyvəsinin ağacları Cənubi Koreyadan gətirilib. Ağaclar Lənkəranda 2015-ci ildə əkilməyə başlanıb. 100 hektar sahədə salınmış cavan bağlar keçən il ilk barını verib. Bu il hallavondların ağaclardan dərilməsinə noyabr ayında başlanacaq. pia.az