“Qarabağ” “Qəbələ”yə uduzaraq çempionatda ilk məğlubiyyətini alıb

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub
 Apasport.az saytının məlumatına görə, turun son oyununda çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Turun mərkəzi görüşündə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub. Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib. Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib. Azərbaycan Premyer LiqasıIX tur22 oktyabr (bazar) “Qəbələ” – “Qarabağ” - 1:0Qol: Asif Məmmədov, 8pia.az