Kataloniyanın muxtariyyat statusu dayandırılıb

Madrid yerli hökumətin fəaliyyətini məhdudlaşdırır
İspaniya hökuməti Kataloniyanın muxtariyyat statusunun dayandırılmasına dair qərar verib. PİA.AZ APA-ya istinadən verdiyi məlumata görə, bunu İspaniya baş naziri Mariano Rahoy bəyan edib.  O bildirib ki, Madrid Kataloniya hökumətinin bütün üzvlərini hakimiyyətdən kənarlaşdırır. M. Rahoyun sözlərinə görə, Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. "Muxtariyyat məhdudlaşmır, sadəcə qanun çərçivəsindən çıxan hökumət kənarlaşdırılır", - deyə o vurğulayıb. pia.az