Münhendə naməlum şəxs bir neçə nəfəri bıçaqla yaralayıb

Almaniyanın Münhen şəhərində naməlum şəxs bıçaqla bir neçə nəfəri yaralayıb
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Bavariya paytaxtının polisi "Twitter"də yazıb."Onun motivləri məlum deyil", - polis bildirib.Hücumun baş verdiyi Rozenhaymerplats rayonunun sakinlərini evlərindən çıxmamağa çağırıblar. "Tageszeitung" qəzetinin məlumatına görə, meydan polislərlə əhatə olunub, hadisə yerinə helikopter və bir neçə təcili tibbi yardım maşını cəlb olunub.pia.az