İstanbuldan Bakıya gələn şəxsin baqajından soyuq silah tapıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşına məxsus baqaja rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsvirləri görünüb
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu səbəbdən baqaj təkrar yoxlanılıb. Nəticədə, baqajın içərisindəki şəxsi əşyaların arasında 2 ədəd "beşbarmaq" aşkar olunub.Faktla bağlı araşdırma aparılır.pia.az