Kataloniyanın taleyi həll olur - Nazirlər toplanır

İspaniya Nazirlər Şurası şənbə günü təcili iclas keçirərək Madridin Kataloniya böhranını həll etmək üçün istifadə edəcəyi konkret tədbirləri müəyyən edəcək
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.Təcili iclasda toplanan nazirlər konstitusiyanın 155-ci maddəsinə dəyişiklik edilməsi məsələsini müzakirə edəcək. Nazirlər konstitusiya dəyişikliyini qəbul etdikdən sonra senatın həmin qərarı təsdiqləməsi lazımdır.Qeyd edək ki, İspaniya Konstitusiyasının 155-ci maddəsi Kataloniyanın muxtariyyət statusunu müəyyən edir.pia.az