Ərdoğan Bərzani ilə görüşməkdən imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan İraqın Kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin görüş haqda xahişini rədd edib
Virtualaz.org bildirir ki, bu barədə Haber7 diplomatik mənbələrə istinadən xəbər yayıb.Bildirilir ki, Bərzani İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum keçiriləndən sonra Ərdoğanla görüşmək istəyib. Amma Türkiyə prezidenti onun xahişini rədd edib.Qeyd edək ki, bu il sentyabrın 25-də İraqın Kürd muxtariyyəti adlandırılan ərazisində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan "müstəqillik haqqında referendum" keçirilib.pia.az