Rumıniya uzaqlaşdı, İsveç yaxınlaşdı - UEFA reytinqi

Avropa Liqasının qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb
PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, baş tutan 24 qarşılaşmadan sonra cədvəldə bir sıra dəyişikliklər baş verib.Əksər ölkələrin xal hesabı dəyişsə də, bu artım yalnız 7-nin mövqeyinə təsir edib. Belçikanı arxada qoyan Ukrayna 8-ci sıraya yüksəlib.Çexiya isə 13-cü yeri ələ keçirib. Onlar yunaıstanlıları arxada qoyub Daha bir dəyişiklik 24-26-cı yerlərdə qeydə alınıb. Bolqarıstan 26-cı pillədən 24-cüyə qalxıb. Bu da Belarusla Şotlandiyanın hərəyə 1 pillə geriləməsinə səbəb olub.Avropa Liqasında təmsilçisi olmayan Azərbaycan cari mövsümdə 4,125 xal qazanıb. Bunun 2,375-i "Qarabağ"ın hesabındadı. "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xal qazandırıb.Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,875-ə bərabərdi. Azərbaycan 22-ci pillədə qalsa da, qonşularla fərq dəyişib.Ölkəmiz 1 addım gerisində olduğu Rumıniyadan artıq 0,975 xal geri qalır. Sonuncular fərqi Avropa Liqası hesabına artırıb. Ən yaxın izləyicimiz İsveç isə fərqi azaldıb. İndi skandinaviyalıları 0,150 xal qabaqlayırıq.Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 93,998 xal.pia.az