“CHP-nin AŞPA-da Azərbaycanın əleyhinə səs verməsi çox məyusedicidir”

Ədalət və İnkişaf Partiyasının (AKP) Adanadan olan millət vəkili Necdet Ünüvar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ümumi toplantısında CHP üzvlərinin Azərbaycan əleyhinə səs verməsini pisləyən bəyanatla çıxış edib
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkili haqsız və əsassız iddialarla dolu hesabatın lehinə səs verildiyindən məyus olduğunu qeyd edib.Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olan Ünüvar mətbuata açıqlamasında Azərbaycanın əleyhinə səs verən parlamentarilərin bu ölkənin sosial və demokratik inkişafının fərqində olmadıqlarını deyib.“Azərbaycanın əleyhinə səs verənlər Azərbaycanın indiki sosial və demokratik inkişafından xəbərdar deyillər. Azərbaycan bu günlərdə müstəqilliyinin 26 illiyini qeyd edir. Mən əminəm ki, Azərbaycanın əleyhinə səs verənlər qardaş ölkə ilə əlaqələrimizə əsla zərbə vura bilməyəcək. AKP olaraq həmişə Azərbaycanın yanında olduq və bundan sonra da davam edəcəyik”, - deyə N.Ünüvar bildirib.pia.az