“Qəbələ” – “Qarabağ” matçının vaxtı açıqlanıb

Gəncə şəhər stadionunda isə mövsümün ilk görüşü olacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, mərkəzi görüş oktyabrın 22-də "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 18:30-da başlanacaq. Tura oktyabrın 20-də "Dalğa Arena"da start veriləcək. Həmin gün "Səbail" və "İnter" komandaları üz-üzə gələcək. Ertəsi gün isə Gəncə şəhər stadionunda mövsümün ilk görüşü olacaq. Ot örtüyü yenilənən arenada "Kəpəz" və "Neftçi" komandaları üz-üzə gələcək. Daha bir prinsipial qarşılaşma isə elə oktyabrın 21-də "Sumqayıt"la "Zirə" arasında olacaq. 20 oktyabr (cümə)“Səbail” – “İnter”“Dalğa Arena”, 18:0021 oktyabr (şənbə)“Kəpəz” – “Neftçi”Gəncə şəhər stadionu, 15:00“Sumqayıt” – “Zirə”“Kapital Bank Arena”, 17:0022 oktyabr (bazar)“Qəbələ” – “Qarabağ”Qəbələ şəhər stadionu, 18:30Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.pia.az