5G texnologiyalı smartfon sınaqdan keçirildi

“Qualcomm” şirkəti ilk dəfə olaraq 5G texnologiyalı smartfonu sınaqdan keçirib. Bunun üçün X50 modemindən istifadə olunub
İKT.lent.az-ın xəbərinə görə, lazımi infrastrukturun olması halında smartfonda məlumatların ötürülməsi sürəti 5 Gbit/saniyə səviyyəsinə çata bilər. Şirkət yeni nəsil şəbəkənin sınaqdan çıxarılması üçün istifadə olunan 5G-smartfonu, eləcə də onun işçini təmin edən digər komponentləri də nümayiş etdirib. 5G texnologiyalı ilk smartfonların 2019-cu ilin ilk yarısında satışa çıxarılacağı gözlənilir.pia.az