Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

Qırğızıstanın İqtisadiyyat naziri Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyana məktub yazaraq, Qazaxıstanın Avrasiya İqtisadi Birliyi ilə razılaşmanın müddəalarını pozduğunu bildirib
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat Nazirliyinin rəsmi saytı informasiya yayıb.“Qırğızıstan İqtisadiyyat Nazirliyi bildirir ki, Qazaxıstan tərəfi Avrasiya İqtisadi Birliyinin normalarına əməl etmir. Bununla əlaqədar olaraq nazirlik Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyana Qazaxıstana razılaşmanın müddəalarına riayət etməsi barədə xəbərdarlıq edilməsi və məsələnin kollegiyanın növbəti iclasında müzakirə olunması üçün məktub göndərib”, - nazirlik bəyanatında deyilir.İqtisadiyyat Nazirliyindən bildirilib ki, Qırğızıstanın qonşu dövlətin sərhədlərindən keçərkən yaşadığı çətinliklər və buraxılış məntəqələrindəki əlavə yoxlamalar Avrasiya İqtisadi Birliyinin müqavilələrinin əsas prinsiplərinə və məqsədlərinə ziddir.Qeyd edək ki, Qırğızıstanla Qazaxıstan arasında gərginlik Atambayevin Astananı ölkəsinin daxili işlərinə qarışmaqda və prezident seçkisində müxalifət namizədini dəstəkləməkdə ittiham etməsindən sonra başlayıb.pia.az