BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

BMT-nin baş katibi Antoniu Qutteriş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədəki danışıqlarının nəticələrini alqışlayıb
Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik Cenevrədə keçirilən sammiti şərh edərkən bildirib.Onun sözlərinə görə, BMT-nin baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir.“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır”, - deyə Düjarrik bildirib.pia.az