Zakir Həsənov Hulusi Akarla görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Hulusi Akarla görüşüb
APA-nın yerli bürosunun məlumatına əsasən, görüş Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin Tbilisidə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Z.Həsənov və H.Akar iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. pia.az