Şəkidə yol polisi əməkdaşları sürücünü döyüb ölümcül hala saldılar

Şəkidə Dövlət Yol Polisinin (DYP) əməkdaşları cavan oğlanı elə döyüblər ki, sonra onu xəstəxanaya yerləşdirmək lazım gəlib
Bu haqda yerli "İpəkçi” qəzeti özünün “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində xəbər paylaşıb.İnformasiyaya əsasən, DYP əməkdaşları Ramil Adamov və Azər Quliyev sürücü Nicat Mirzaxanlını qanunsuz olaraq saxlayıblar. Sürücü avtomobilin salonunu tərk etməkdən imtina edib, bundan sonra yol polisləri ona güc tətbiq edərək polis bölməsinə aparıblar.Orada onlar Nicat Mirzaxanlını qəddarcasına döyüblər. Və bu döyülmə o qədər ciddi olub ki, onu təcili xəstəxanaya yerləşdirmək lazım gəlib.pia.az