İngiltərə şahzadəsinin qohumu saxlanılıb

Kembric hersoqinyası Ketrinin dayısı saxlanılıb
“Report” xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb. Məlumata görə, 52 yaşlı Harri Qoldsmit Londonun Uimpoul-strit küçəsindəki evində ehtimal olunan insidentdən sonra polis tərəfindən saxlanılıb. Onun həyat yoldaşını döydüyü bildirilir.  H.Qoldsmit Keytin anası, Kerol Middltonun kiçik qardaşıdır. O, şahzadə Uilyamla hersoginyanın nikah mərasimində iştirak edib.pia.az