Lənkəranda “Qazel” iki piyadanı vurdu

Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
PİA.AZ-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisəni “Qazel” markalı avtomobilin sürücüsü törədib.Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və təqribən 17-18 yaşında olan Nihat adlı gənc xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Yaralılardan birinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır.Faktla bağlı araşdırma aparılır.pia.az