Netanyahu dünyanı Trampı dəstəkləməyə çağırdı

İsrailin baş naziri Binyamin Netanyahu beynəlxalq ictimaiyyəti ABŞ prezidenti Donald Trampın İranla atom sazişinə düzəliş etmək cəhdini dəstəkləməyə çağırıb
Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, hökumət başçısı iddia edir ki, "İran onlarla nüvə bombası" arsenalı almaq imkanını saxlayır."Razılaşmalardan tam aydındır ki, əgər heç nə dəyişməyəcəksə, onda İran bir neçə il sonra nüvə arsenalına malik olacaq. Saziş buna mane olmur, əksinə zənginləşdirmə sisteminin yaradılmasına zəmanətli yol açır, hansı ki, İrana onlarla atom bombasını daha tez almağa imkan verə bilər", — Netanyahu bildirib."Prezident Trampın qərarı nüvə razılıqlarına düzəliş etməyə və regionda İranın artan təcavüzünü dayandırmağa imkan verir. Mən hesab edirəm ki, hər bir məsuliyyətli hökumət və hər kəs, kim planetdə sülhə və təhlükəsizliyə cəhd edir, prezident Trampın qərarı sayəsində açılan imkanlardan istifadə etməlidir", — deyə baş nazir vurğulayıb.Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdül Əziz əl-Saud da ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqları zamanı Birləşmiş Ştatların İranla bağlı yeni strategiyasına dəstəyini ifadə edib.Tramp krala tutduğu mövqeyə görə təşəkkürünü bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyə nail olmaq üçün öz müttəfiqləri ilə birgə iş aparacaq.pia.az