Tənha uçan tək sənsənmi?

PİA.AZ ustad şair Musa Yaqubun "Payız durnam” şeirini oxuculara təqdim edir
Payız durnam uçub getdin,Bir də dönüb gələrsənmi?Sən dönəndə mən olmasam,Ruhum ilə gülərsənmi?Ey bizlərdən təmiz vücud,Könlümü ardınca uçurt.Yerin xəzəl, göyün bulud -Mənzil-mənzil bölərsənmi?Ey hər göldən şəkər dadan,Buluda baş qoyub yatan.Mən qanadsız piyadadanDurub dilək dilərsənmi?Nə bir mənzil vurduq başa,Nə gün gördük gəlsin xoşaHeç qoşalar uçmur qoşa,Tənha uçan tək sənsənmi?İstəyir dönə məndən,Gedib ki, gizlənə məndən.Adı gizlinə məndən.Bir çınqı söz söylərsənmi?Azalıb mehri dünyanınÇəmi yox qeyri dünyanın.Yolları əyri dünyanınKeçidlərin bilərsənmi?Gülyanaq İsmayılqızıpia.az