Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək

Oktyabrın 16-da ABŞ-ın iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq
AZPROMO-dan verilən məlumata görə, tədbirə tikinti və tikinti materialları, İKT, kənd təsərrüfatı texnologiyaları, mühəndislik, ödəmə sistemləri, avtomobil icarəsi, logistika, radar sistemləri, aerokosmik müdafiə sistemləri, təhlükəsizlik, layihələrin idarə olunması, maliyyə, avadanlıq, ağartı məhsulları və digər sahələrdə fəaliyyət göstərən 17 ABŞ şirkətinin qatılacağı gözlənilir.pia.az