Rusiya Metsamor AES-i 100 faiz nüvə yanacağı ilə təmin edəcək

Rusiya Metsamor AES-i nüvə yanacağı ilə təmin edəcək
“Report” xəbər verir ki, bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb.Məlumata görə, TVEL Metsamor AES-i 100 faiz yanacaqla təmin edəcək.Qeyd edək ki, Metsamor AES 1980-ci ildə istifadəyə verilib. Ermənistanda istifadə olunan elektrik enerjisinin orta hesabla 45 faizini stansiyanın ikinci bloku istehsal edir. Birinci blok isə hazırda dayandırılıb.Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaiyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqqında səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıblar.pia.az