Azərbaycana gələn turistlərə endirim kartları veriləcək

Gələn il keçirilməsi nəzərdə tutulan III Bakı Şopinq Festivalı çərçivəsində turistlərə xüsusi endirim kartları təqdim oluna bilər
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.Nazir bildirib ki, Azərbaycana gələn turistlər bu kartların köməyi ilə ticarət mərkəzlərində xüsusi endirimlər əldə edəcəklər: "Hazırda bu ideya üzərində işləyirik. Məsələni diqqətlə öyrənmək və həmin kartlar üzrə mümkün dövriyyəni təhlil etmək lazımdır".Ə.Qarayevin sözlərinə görə, 3-cü festivalda daha bir yenilik isə festivalın sponsoru qismində ilk dəfə Azərbaycan bankının çıxış etməsi olacaq: "Biz artıq "Azər Türk Bak"la həmin məsələ üzrə razılıq əldə etmişik".Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.pia.az