Tramp İranla bağlı qərarını sabah açıqlayacaq

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq
NBC telekanalı bu barədə Ağ Ev administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.Xatırladaq ki, bundan əvvəl "The Washington Post” Trampın İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcəyini yazmışdı. Nəşrə görə, bu, nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər.pia.az