Baltik dənizində kimsəsiz yaxta aşkarlanıb

Baltik dənizində Rusiya hərbçiləri tərəfindən kimsəsiz yaxta aşkarlanıb
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yaxtanın göyərtəsindəki soyuducuda ərzaq, masanın üzərində enerjisi bitmiş planşet, döşəmədə geyim əşyaları olsa da, orada heç kim tapılmayıb.Hərbçilər yaxtanın dor ağacının sındığını da əlavə ediblər. Yaxtanın kimə məxsus olması və ekipajının niyə yoxa çıxması məlum deyil.pia.az