Ermənistan parlamenti Rusiya ilə vahid ordu yaradılmasına “hə” dedi

Ermənistan parlamenti birləşmiş ordu qruplaşmaları haqda Ermənistan-Rusiya müqaviləsini ratifikasiya edib
Avropa.info xəbər verir ki, qanun lehinə 87, əleyhinə 7 deputat səs verib.Rusiya Federasiya Şurasını müqaviləni 19 iyulda ratifikasiya etmişdi.Müqaviləyə birləşmiş Rusiya və Ermənistan hərbi birləşmələrinin məqsədi, formalaşdırma qaydası, tətbiq maddələrini əks etdirir. Bilirilir ki, vahid ordu Qafqazda kollektiv təhlükəsizlik regionunda hərbi təhlükəsizliyi təmin etmək üçündür.Birləşmiş qruplaşmaların idarəetməsi üçün vahid komandanlıq yaradılacaq. Birləşmiş qruplaşmaların tətbiq və yerdəyişməsi qərarı Rusiya və Ermənistan orduları ali baş komandanlarının birgə qərarı ilə qəbul olunacaq.pia.az