Məscidlərdə Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb

Aşura günü münasibətilə Azərbaycanın bir sıra məscid və ziyarətgahlarında qanvermə aksiyası başlayıb
"Report"un məlumatına görə, "Təzə Pir " məscidində də qanvermə aksiyasına start verilib.Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva "Report"a bildirib ki, institutun əməkdaşları artıq səhər saatlarından nəzərdə tutulmuş ünvanlara yollanıb.Qeyd edək ki, QMİ-nin təşəbbüsü ilə bu gün aşağıdakı ünvanlarda qanvermə aksiyası keçirilir:1. Yasamal rayon Təzə-pir məscidi2. Yasamal rayon Hacı Soltanəli məscidi3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi4. Səbail rayon İçərişəhər Cümə məscidi5. Suraxanı rayon Qaraçuxur məscidi6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi7. Nizami rayon Keşlə qəsəbə məscidi8. Sumqayıt şəhəri Cümə məscidi9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi10. Mingəçevir şəhər Heydər məscidi11. Şəki şəhəri mərkəzi Cümə məscidi12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi13. Bərdə şəhəri Cümə məscidi14. Nəsimi rayonu Əjdərbəy məscidi15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi17. Quba rayonu Ərdəbil məscidipia.az