Bakıdan qaçırılan avtomobil Siyəzəndə saxlanıldı

Sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub
DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini Səkinə Həsənovaya məxsus “Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in “Təhlükəsiz Şəhər” Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkarlanıb. Görülmüş tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.Faktla bağlı aşardırmalar aparılır.pia.az