Neftçalaya 3 milyon manat ayrıldı

Neftçalada çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Neftçala şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Neftçala şəhərində 35 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.pia.az