Türkiyə Kürdüstan referendumu ilə bağlı sərt bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi İraq Kürdüstanında keçirilən referendumla bağlı bəyanat yayıb
Strateq.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, İraq Kürdüstanında keçirilən separatçılıq referendumu dəyərsiz və qeyri-qanunidir:  “Ankara bu referendumu qeyri-qanuni hesab edir və onu tanımayacaq” –deyə XİN rəsmi bəyanatında bildirib.Sənəddə deyilir ki, əgər İraq Kürdüstanında keçirilən separat referendum  Türkiyənin təhlükəsizliyini təhdid edəcək hər hansı bir addım atılarsa, Ankara bütün lazımi tədbirləri görəcək.  Türkiyə Xarici İşlər Nazirliyi həmçinin, İraq Kürdüstanındakı vətəndaşlarını  dərhal bu ərazini tərk etmələri barədə göstəriş verib: “İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsi regionun sabitliyi və təhlükəsizliyini ciddi təhlükə qarşısında qoyur”-deyə bəyanatda vurğulanır. Türkiyə dünən bazar günü öz hava zonasını İraq Kürdüstanı üçün bağlı elan edib. Habelə, Türkiyə İraqın Ərbil şəhərinə olan təyyarə reyslərini də dayandırıb. Regional və beynəlxalq etirazlara habelə, İraqın mərkəzi hökumətinin müxalifətinə baxmayaraq, İraq Kürdüstanında bu gün separatçılıq referendumu keçirilir.pia.az