Almaniyada gərginlik - Xalq etiraza başladı

Almaniyanın Berlin, Köln, Düsseldorf, Münhen, Hamburq və Frankfurt -Mayn şəhərlərində etiraz aksiyaları keçirilir
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, aksiyanı keçirənlər “Almaniya üçün Alternativ Partiya”nın əleyhdarlarıdır.Xatırladaq ki, 12,6% səs toplayan “Almaniya üçün Alternativ Partiya” 1933-cü ildən sonra ilk dəfə parlamentdə təmsil olunmaq imkanı qazanıb. Bu partiya Hitler ideologiyasının davamçılarından ibarətdir.Aksiyalar “Almaniya üçün Alternativ Partiya”nın seçkilərin nəticələrini bayram etdiyi qərargahlarının yerləşdiyi ərazilərin yaxınlığında keçirilir.Berlindəki aksiyanın təşkilatçılarından olan Hans Zommer deyib: “Düşünürəm ki, bu partiya xalq arasında inamsızlıq və sosial qarışıqlıq yaradan irqçi partiyadır. Onlar cəmiyyətin problemlərinə heç bir cavab vermir, yalnız qorxu yaradırlar”.Qeyd edək ki, aksiya təşkilatçıları etirazların dinc xarakter daşıdığını bildirsə də, hadisə yerlərinə xeyli sayda polis və xüsusi təyinatlı dəstələr cəlb olunub.Yeri gəlmişkən, son məlumata görə, paytaxtın Aleksanderplats meydanında etiraz edənlər seçkinin nəticələrini bayram edənlərin olduğu binaya daş və butulkalar atıblar.pia.az