5 saylı xəstəxananın baş həkimi vəfat etdi

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib
APA-nın xəbərinə görə, Ziya Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.  Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir. Səhiyyə Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər. Məlumata görə, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürək tutmasından vəfat edib. Z. Əsədovla bu gün günorta saat 15:00-də Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Qeyd edək ki, Ziya Əsədov görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.pia.az