Xudat sakini qətlə yetirilib

Quba rayonunda qətl hadisəsi baş verib
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. pia.az