Təbii qaz sektorunun nəhəngləri İstanbulda toplaşacaq- Bu tarixdə

Dünyanın təbii qaz sektorunun nəhəngləri İstanbulda toplaşacaq
Azərtac “İGDAŞ” şirkətinə istinadla xəbər verir ki, noyabrın 2-3–də İstanbulda VII Beynəlxalq Təbii qaz Konqresi və Sərgisi (INGAS-2017) keçiriləcək. “INGAS-2017” 20 ölkədən təbii qaz sektorunun nəhəngləri bir araya gələcək.İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi və “İGDAŞ” şirkətinin təşkilatçılığı ilə keçiriləcək “INGAS-2017”də Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakın iştirakı gözlənilir.5 mindən çox mütəxəssis və nümayəndənin iştirak edəcəyi “INGAS-2017”də təbii qaz geosiyasəti, təchizatı, istismarı, iqlim və ətraf mühitin təhlükəsizliyi kimi məsələlər müzakirə ediləcək.pia.az