Saakaşvili Lvov məhkəməsinə gəlmədi

Ukraynanın Lvov vilayətinin məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin Ukrayna dövlət sərhədini qeyri-qanuni keçməsinə dair işə baxılmasını davam etdirib
PİA.AZ Report-a istinadən xəbər verir ki, M.Saakaşvili iclasa gəlməyib və bunu bu günə planlaşdırılan mitinqlərlə əlaqələndirib.Əvvəlki iclasın təxirə salınma səbəbi isə müdafiə tərəfinin vəsatətinin yerinə yetirilməsi üçün Dövlət Sərhəd Xidmətinə əlavə vaxtın tələb edilməsi olub.Ukrayna vətəndaşlığından məhrum edilən M.Saakaşvili sentyabrın 10-da tərəfdaşlarının köməyi ilə "Şeqini" nəzarət-buraxılış məntəqəsindən Polşa-Ukrayna sərhədini keçməyə müvəffəq olub.pia.az