NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlir

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay gələn həftə Azərbaycana gələcək
Virtualaz.org-un məlumatına görə, Apaturay sentyabrın 26-da Bakıda keçiriləcək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzüsunda tədbirdə iştirak edəcək.pia.az