İlham Əliyev Mali Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib
PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".pia.az